Azərbaycan Premyer Liqasında 24-cü turun hakimləri bəlli oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları üçün bütün təyinatlar müəyyənləşib. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Növbəti turun görüşləri üç gün ərzində keçiriləcək. İlk oyun günündə baş tutacaq “Turan Tovuz” – “Zirə” və “Səbail” – “Qəbələ” matçlarını müvafiq olaraq Rauf Allahverdiyevlə Cavid Cəlilov idarə edəcəklər.

Şənbə günü keçiriləcək “Şamaxı” – “Sabah” matçında Kamranbəy Rəhimov söz sahibi olacaqsa, “Sumqayıt” – “Kəpəz” oyunu Elçin Məsiyevə tapşırılıb.

Turun mərkəzi oyunu olan “Qarabağ” – “Neftçi” görüşünün baş hakimi isə Rəşad Əhmədov təyin edilib. Bu oyun bazar günü keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 23 turdan sonra 61 xala malik “Qarabağ” vahid liderdir. “Sabah 53 xalla ikinci, “Neftçi” isə 48 xalla üçüncü pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası
24-cü tur
24 fevral

“Turan Tovuz” – “Zirə”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Namiq Bəkirov.
VAR: Vüqar Həsənli.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Tovuz şəhər stadionu, 14:00.

“Səbail” – “Qəbələ”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Tural Qurbanov.
VAR: Elçin Məsiyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Bakı. “ASCO Arena”, 19:00.

25 fevral

“Şamaxı” – “Sabah”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Eyyub İbrahimov, Əli Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı şəhər stadionu, 14:30.

“Sumqayıt” – “Kəpəz”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Kamal Umudlu.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Sumqayıt Arena”, 17:00.

27 fevral

“Qarabağ” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “Azərsun Arena”, 20:00.