Azərbaycan Premyer Liqasında 25-ci turun hakimləri bəlli oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci turun təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

25-ci turun qarşılaşmaları 3, 4 və 5 martda baş tutacaq. İlk oyun gününə təsadüf edəcək “Zirə” – “Şamaxı” matçı İnqilab Məmmədova tapşırılıb.

İkinci oyun gününün “Səbail” – “Sumqayıt” matçını Rəşad Əhmədov, “Sabah” – “Kəpəz” görüşünü isə Rauf Allahverdiyev idarə edəcək.

Turun mərkəzi oyunu olan “Qəbələ” – “Qarabağ” qarşılaşmasında Kamal Umudlu söz sahibi olacaq. “Neftçi”nin “Turan Tovuz”la oyunu isə Rəvan Həmzəzadəyə həvalə olunub.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 24 turdan sonra 62 xala malik “Qarabağ” vahid liderdir. “Sabah” 53 xalla ikinci, “Neftçi” 49 xalla üçüncü pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası
25-ci tur
3 mart

“Zirə” – “Şamaxı”
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Cəmil Quliyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

4 mart

“Səbail” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Vüqar Həsənli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. “ASCO Arena”, 16:00.

“Sabah” – “Kəpəz”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Emin Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Masazır. “Bank Respublika Arena”, 18:30.

5 mart

“Qəbələ” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Teymur Teymurov, Namiq Bəkirov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu, 17:00.

“Neftçi” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Şirmamed Mamedov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Bakı. “Bakcell Arena”, 19:30.