Azərbaycan Premyer Liqasında 34-cü turun hakim təyinatları

Sabah futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün 34-cü turunun oyunlarına start veriləcək. Arena.az xəbər verir ki, qarşıdakı turun bütün təyinatları açıqlanıb.

İlk oyun günündə baş tutacaq “Zirə” – “Kəpəz” matçını Fərid Hacıyev idarə edəcək.

Şənbə günü keçiriləcək “Qəbələ” – “Turan Tovuz” matçı Nicat İsmayıllıya, “Səbail” – “Qarabağ” görüşü isə Kamal Umudluya tapşırılıb.

Bazar gününə təsadüf edəcək “Neftçi” – “Şamaxı” matçında FİFA referisi Əliyar Ağayev söz sahibi olacaq.

Turun qapanış matçı mayın 17-də keçiriləcək. “Sumqayıt”la “Sabah” arasında baş tutacaq bu görüşü isə Cavid Cəlilov idarə edəcək.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 33 turdan sonra 84 xala malik “Qarabağ” vahid liderdir. Ağdam təmsilçisi bu oyunda qalib gəlsə, vaxtından öncə çempion olacaq. “Sabah” 77 xalla ikinci, “Neftçi” 61 xalla üçüncü pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası
34-cü tur
12 may

“Zirə” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Teymur Teymurov, Vüqar Həsənli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Zirə İdman Kompleksinin stadionu, 19:00.

13 may

“Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Qəbələ şəhər stadionu, 18:00.

“Səbail” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “ASCO Arena”, 20:30.

14 may

“Neftçi” – “Şamaxı”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Cəmil Quliyev, Rauf Cabarov.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Bakı. “Bakcell Arena”, 20:30.

17 may

“Sumqayıt” – “Sabah”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Kamran Bayramov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Sumqayıt Arena”, 19:30.

Xəbəri istədiklərinizlə paylaşın