Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün 35-ci turunun oyun cədvəli məlum olub. Arena.az xəbər verir ki, növbəti turun qarşılaşmaları 21 və 22 mayda keçiriləcək.
İlk oyun günündə bir qarşılaşma baş tutacaq. “Kəpəz” Qəbələ şəhər stadionunda “Neftçi”ni qəbul edəcək. Bu oyuna saat 18:00-da start veriləcək.
Turun qalan görüşləri isə ertəsi gün baş tutacaq. Həmin oyunların hamısına eyni saatda (16:30) start veriləcək.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında geridə qalan 34 turdan sonra 87 xala malik “Qarabağ” vahid liderdir. Ağdam klubu sona iki tur qalmış artıq çempionluğu təmin edib. İkinci pillədə qərarlaşmış və bir oyunu təxirə salınmış “Sabah”ın 77 xalı var. “Neftçi” 62 xalla üçüncü pilllədə yer alıb. “Qəbələ”nin 48, “Zirə”nin 46, “Turan Tovuz”un 38, “Kəpəz”in 30, “Sumqayıt”ın 28, “Səbail”in 25, “Şamaxı”nın 24 xalı var.
Azərbaycan Premyer Liqası
35-ci tur
21 may
“Kəpəz” – “Neftçi”
Qəbələ şəhər stadionu, 18:00.
22 may
“Turan Tovuz” – “Səbail”
Tovuz şəhər stadionu, 16:30.
“Şamaxı” – “Qəbələ”
Şamaxı şəhər stadionu, 16:30.
“Sabah” – “Zirə”
Masazır. “Bank Respublika Arena”, 16:30.
“Qarabağ” – “Sumqayıt”
Bakı. “Azərsun Arena”, 16:30.