Futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, bu turun görüşləri 26-28 avqust aralığında keçiriləcək.
İlk oyun günündə “Sumqayıt” “Turan Tovuz”u, “Neftçi” isə “Zirə”ni qəbul edəcək. Bir gün sonra “Səbail” “Kəpəz”lə, “Qarabağ” isə “Şamaxı” ilə münasibətlərinə aydınlıq gətirəcək. Sonuncu oyun günündə isə “Qəbələ” “Sabah”la qarşılaşacaq.
Azərbaycan Premyer Liqası
4-cü tur
26 avqust
“Sumqayıt” – “Turan Tovuz”
“Sumqayıt Arena”, 18:00
“Neftçi” – “Zirə”
Bakı. “Bakcell Arena”, 20:30
27 avqust
“Səbail” – “Kəpəz”
Bakı. “ASCO Arena”, 18:00
“Qarabağ” – “Şamaxı”
Bakı. “Azersun Arena”, 20:30
28 avqust
“Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu, 20:00