Futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü turun oyun cədvəli məlum olub. Arena.az xəbər verir ki, növbəti turun oyunları üç günü əhatə edəcək.
Sentyabrın 18-də iki qarşılaşma baş tutacaq. Son çempion “Neftçi” bazar günü ölkə kubokunun sonuncu qalibi “Keşlə”ni qəbul edəcək. Tura ayın 20-də baş keçiriləcək “Qarabağ” – “Sumqayıt” matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqasında 4-cü turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası
4-cü tur
18 sentyabr
“Qəbələ” – “Səbail”
Qəbələ şəhər stadionu, 17:00.
“Zirə” – “Sabah”
Zirə İdman Kompleksinin stadionu, 19:15.
19 sentyabr
“Neftçi” – “Keşlə”
Bakı. “Bakcell Arena”, 18:30.
20 sentyabr (bazar ertəsi)
“Qarabağ” – “Sumqayıt”
Balı. “Azersun Arena”, 19:00.


