Azərbaycan Premyer Liqasında 7-ci turun hakim təyinatları

Futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci turun təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Növbəti turun görüşləri 16, 17 və 18 sentyabrda keçiriləcək. İlk oyun günündə “Sabah” “Turan Tovuz”u, “Səbail” isə “Neftçi”ni qəbul edəcək. Bu oyunları müvafiq olaraq Rauf Cabarov və Əliyar Ağayev idarə edəcəklər.

Şənbə gününə təsadüf edəcək yeganə matçda “Qəbələ” “Sumqayıt”la qarşılaşacaq. Bu oyunda Elçin Məsiyev söz sahibi olacaq.

Bazar günü keçiriləcək “Kəpəz” – “Şamaxı” matçı Nicat İsmayıllıya tapşırılıb. “Zirə” – “Qarabağ” matçını isə Rəşad Əhmədov idarə edəcək.

Azərbaycan Premyer Liqasında 6 turdan sonra “Qarabağ”la “Neftçi”nin hesabında 15 xal var. “Sabah” isə 13 xalla 3-cüdür.

Azərbaycan Premyer Liqası
7-ci tur
16 sentyabr

18:00. “Sabah” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Kamran Bayramov, Kamranbəy Rəhimov.
VAR: Cavid Cəlilov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
Masazır. “Bank Respublika Arena”.

20:30. “Səbail” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Tural Qurbanov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
Bakı. “ASCO Arena”.

17 sentyabr

19:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Səbuhi Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
Qəbələ şəhər stadionu.

18 sentyabr

18:00. “Kəpəz” – “Şamaxı”
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Babək Quliyev.
Qəbələ şəhər stadionu.

20:30. “Zirə” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Əli Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
Zirə İdman Kompleksinin stadionu.