Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün 1-ci turu yeni legionerlərin debütü ilə əlamətdar olub.
Arena.az xəbər verir ki, onlardan üçü öz ölkəsinin Azərbaycan çempionatındakı ilk təmsilçisi kimi tarixə düşüb.
Burundili Tresor Mossi “Sumqayıt”ın “Səbail”lə səfər oyununda (4:1) sonradan meydana çıxıb.
Macarıstanlı Mark Tamaş “Neftçi” forması ilə “Kəpəz”ə (0:1), lüksemburqlu Vensan Till isə “Sabah”ın heyətində “Qəbələ”yə qarşı (5:0) matçda start heyətində yer alıb.
Cari mövsümə qədər Burundi, Macarıstan və Lüksemburqdan olan legionerlər Azərbaycan Premyer Liqasında meydana çıxmamışdı. Buna qədər 94 ölkədən olan əcnəbi futbolçular Azərbaycan çempionatında forma geyinmişdi. Üç yeni ölkə ilə bu rəqəm 97-yə yüksəlib.