Futbol üzrə Azərbaycan Premyer Liqasında daha iki turun (33-cü və 34-cü turların) oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Gəncə şəhər stadionunun ot örtüyündə aparılan yenidənqurma işləri davam etdiyi və stadion 33-cü turun oyununa hazır olmayacağı üçün “Kəpəz” – “Sabah” oyunu yenə Qəbələ şəhər stadionunda baş tutacaq.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında geridə qalan 30 turda 77 xal toplamış “Qarabağ” vahid liderdir. “Sabah” 68 xalla ikinci, “Neftçi” isə 60 xalla üçüncü pillədə qərarlaşıb. “Qəbələ”nin 42, “Zirə”nin 41, “Turan Tovuz”un 29, “Kəpəz”in 28, “Sumqayıt”ın 25, “Şamaxı”nın 22, sonuncu olan “Səbail”in isə 21 xalı var.
Premyer Liqanın 31-ci və 32-ci turlarının oyun cədvəli daha öncə açıqlanmışdı. Növbəti iki turun proqramını təqdim edirik:
Azərbaycan Premyer Liqası
33-cü tur
5 may
“Kəpəz” – “Sabah”
Qəbələ şəhər stadionu, 18:00.
6 may
“Şamaxı” – “Zirə”
Şamaxı şəhər stadionu, 16:30.
“Qarabağ” – “Qəbələ”
Bakı. “Azərsun Arena”, 19:00.
7 may
“Turan Tovuz” – “Neftçi”
Tovuz şəhər stadionu, 16:30.
“Sumqayıt” – “Səbail”
“Sumqayıt Arena”, 19:00.
Azərbaycan Premyer Liqası
34-cü tur
12 may
“Zirə” – “Kəpəz”
Zirə İK stadionu, 19:00.
13 may
“Qəbələ” – “Turan Tovuz”
Qəbələ şəhər stadionu, 18:00.
“Səbail” – “Qarabağ”
Bakı. “ASCO Arena”, 20:30.
14 may
“Sumgayıt” – “Sabah”
“Sumqayıt Arena”, 18:00.
“Neftçi” – “Şamaxı”
Bakı. “Bakcell Arena”, 20:30.


