Azərbaycan Premyer Liqasında ilk turun proqramı açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün ilk turunun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, Premyer Liqada yeni mövsümə avqustun 5-də keçiriləcək “Kəpəz” – “Zirə” oyunu ilə start veriləcək.

Gəncə şəhər stadionunun tribunaları istismara yararsız olduğu üçün, “Kəpəz” elitadakı ilk matçını doğma arenada yox, “Dalğa Arena”da keçirəcək.

Son çempion “Qarabağ” avqustun 6-da “Səbail”lə qarşılaşacaq. Ayın 7-də iki matç baş tutacaq. “Şamaxı” “Neftçi”ni, “Sabah” isə “Sumqayıt”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqasında ilk tura avqustun 8-də keçiriləcək “Turan Tovuz” – “Qəbələ” oyunu ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
1-ci tur
5 avqust

Kəpəz – Zirə
“Dalğa Arena”, 19:30

6 avqust

Qarabağ – Səbail
“Azersun Arena”, 20:00

7 avqust

Şamaxı – Neftçi
Şamaxı şəhər stadionu, 17:00

Sabah – Sumqayıt
“Bank Respublika Arena”, 19:15

8 avqust

Turan Tovuz – Qəbələ
Tovuz şəhər stadionu, 17:00