Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün sonuncu – 36-cı turuna yekun vurulub.
Arena.az xəbər verir ki, mövsümün sonuncu matç çempionluğu bir neçə tur öncə təmin etmiş lider “Qarabağ”la “Turan Tovuz” arasında baş tutub.
Dörd qolun qeydə alındığı matçda Ağdam təmsilçisi azarkeşlərinin gözü qarşısında inamlı qələbəyə sevinib. Bununla da futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünə yekun vurulub.
Xatırladaq ki, mövsümün son turunun daha öncə baş tutan oyunlarında “Qəbələ” “Kəpəz”lə sülh bağlayıb (1:1), “Sumqayıt” “Zirə”yə 0:3 hesabıyla uduzub. “Səbail” “Şamaxı”nı, “Neftçi” də “Sabah”ı 1:0 hesabıyla üstələyib.
Beləliklə, “Qarabağ” mövsümü 90 xalla birinci, “Sabah” 81 xalla ikinci, “Neftçi” isə 68 xalla üçüncü pillədə başa vurub. “Qəbələ” ilə “Zirə” 50, “Turan Tovuz” 39, “Sumqayıt”la “Kəpəz” 31, “Səbail” 29 xal toplayıb. 25 xalda qalan “Şamaxı” isə elita ilə vidalaşıb.
Azərbaycan Premyer Liqası
36-cı tur
28 may
“Qarabağ” – “Turan Tovuz” 3:1
Qollar: Redon Cica, 2. Leandro Andrade, 47. Musa Qurbanlı, 72 – Runi Eva, 61.
Hakimlər: Əli Əliyev, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Rauf Allahverdiyev
Bakı. “Azersun Arena”, 19:30.
Qarabağ: 89. Amin Ramazanov, 5. Maksim Medvedev (k), 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 9. Musa Qurbanlı, 81. Kevin Medina, 87. Adama Diakabi, 6. Julio Romao, 99. Redon Cica, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç.
Baş məşqçi: Qurban Qurbanov.
Turan Tovuz: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 2. Roderik Miller, 30. Piruzi Marakvelidze, 25. Denis Marandiç, 19. Runi Eva, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov.
Ehtiyat oyunçular: 13. Mehman Hacıyev, 98. Elxan Qasımov, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 6. Turan Vəlizadə, 15. Vüsal Məsimov, 83. Hüseyn Hüseynov, 55. Siyanda Xulu, 17. Natan Oduva, 23. Okebuqvu Henri.
Baş məşqçi: Ayxan Abbasov.
