Azərbaycan Premyer Liqasında mövsümün son təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün sonuncu – 36-cı turunun son iki oyununun da təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Beləliklə, sabah baş tutacaq “Neftçi” – “Sabah” matçını Rəvan Həmzəzadə idarə edəcək. Mövsümün sonuncu oyunu olacaq “Qarabağ” – “Turan Tovuz” görüşünə isə Əli Əliyev təyinat alıb. Onun köməkçiləri isə xanım yan xətt hakimləri – Sevda Nuriyeva və Gülnurə Əkbərzadə olacaqlar.

Xatırladaq, məhz “Azərsun Arena”dakı son oyunun ardından 2022/23 mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək. Çempion “Qarabağ”, eləcə də, müvafiq olaraq 2-ci və 3-cü yerlərin sahibləri “Sabah”la “Neftçi” medallarını tur bitəndən sonra alacaqlar. Paytaxt klublarının görüşü daha tez bitəcəyi üçün onlar da “Azərsun Arena”ya təşrif buyuracaqlar.

Azərbaycan Premyer Liqasında sona bir tur qalmış 87 xalla çempionluğu təmin etmiş “Qarabağ”ın, 81 xalla ikinci olan “Sabah”ın və 65 xala malik “Neftçi”nin mövsümü indiki pillələrdə başa vuracağı dəqiqləşib. Digər pillələrdə hansı komandaların yer alacağına isə bu gün keçirilən üç oyundan sonra aydınlıq gələcək.

Azərbaycan Premyer Liqası
36-cı tur
28 may

“Neftçi” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Eyyub İbrahimov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı. “Bakcell Arena”, 17:00.

“Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Rauf Allahverdiyev.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. “Azərsun Arena”, 19:30.