Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün start tarixi müəyyənləşib.
Arena.az xəbər verir ki, Premyer Liqada yeni mövsümə avqustun 14-də start veriləcək.
Bu barədə Peşəkar Futbol Liqasının rəhbərliyi qərar qəbul edib. Məlumatı PFL-in rəsmi saytı yayıb.
Qeyd edək ki, Premyer Liqada geridə qalan mövsümün qalibi “Neftçi” olub.


