Azərbaycan – Slovakiya: Start heyətlər açıqlandı

Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Slovakiya yığması ilə üz-üzə gələcək.

Arena.az xəbər verir ki, C Liqasında mübarizə aparan yığmamız dördüncü oyununu doğma meydanda keçirəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüşə saat 20:00-da start veriləcək. Qarşılaşmanı norveçli FIFA referisi Rohit Saqqi idarə edəcək.

Artıq baş məşqçilərin komandaları bu oyuna hansı heyətlə çıxaracaqları da məlumdur:

UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
14 oktyabr

Azərbaycan – Slovakiya
Hakimlər: Rohit Saqqi, Morten Yensen, Anders Olav Dale, Siqurd Krinqstad (hamısı Norveç).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00.

Azərbaycan: 1. Mehdi Cənnətov, 3. Elvin Cəfərquliyev, 5. Anton Krivotsyuk, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov (k), 17. Toral Bayramov, 18. Ceyhun Nuriyev, 20. Aleksey İsayev, 21. Qismət Alıyev.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 2. Şəhriyar Əliyev, 4. Zamiq Əliyev, 6. Ozan Can Kökçü, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 14. Rüstəm Əhmədzadə, 16. Vadim Abdullayev, 19. Xəyal Nəcəfov, 22. Abbas Hüseynov.
Baş məşqçi: Fernando Santos.

Slovakiya: 1. Marek Rodak, 2. Peter Pekarik, 5. Lübomir Şatka, 7. Tomaş Suslov, 8. Andrey Duda, 10. Laslo Benes, 14. Milan Şkrinyar (k), 15. David Streleç, 16. David Hansko, 17. Lukaş Haraslin, 22. Stanislav Lobotka.
Ehtiyat oyunçular: 12. Dominik Takaç, 23. Henrix Ravas, 3. Samuel Kozlovski, 4. Mixal Tomiç, 6. Norbert Dyomber, 9. Robert Bojenik, 11. Lübomir Tupta, 13. Patrik Hroşovski, 18. Leo Sauer, 19. Tomaş Riqo, 20. David Duriş, 21. Kristian Herç.
Baş məşqçi: Françesko Kaltsona.