Azərbaycan – Ukrayna matçı üçün xorvat hakimlər

21 yaşadək futbolçular (U-21) arasında Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlanıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qitə futbol qurumu bu görüşü Xorvatiyadan olan referilərə həvalə edib.

“Azərsun Arena”da təşkil olunacaq qarşılaşmanın baş hakimi Dario Bel olacaq. Ona yan xətt hakimləri Qoran Pataki və İvan Yaniç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Zdenko Lovriç yerinə yetirəcək.

Xatırladaq ki, martın 26-da keçiriləcək Azərbaycan – Ukrayna oyununa saat 16:00-da start veriləcək.

Yığmamızın yer aldığı F qrupuna keçirdiyi 5 oyundan maksimum nəticə ilə ayrılmış Ukrayna liderlik edir – 15 xal. İngiltərə yığması 15 xalla 2-ci, Serbiya 10 xalla 3-cüdür. Millimiz isə 5 oyuna topladığı 3 xalla sonuncu pillədə qərarlaşıb. Şimali İrlandiya yığması da eyni xala malik olmalasına rəğmən, 5-cidir. Lüksemburq yığması isə 4 xalla 4-cü pillədə yer alır.