Azərbaycan yığması Afinaya yola düşdü

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sabah səfərdə Yunanıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi dünən Bakı İdman Sarayında son məşqini keçirib.

Arena.az xəbər verir ki, futzalçılarımız bu gün saat 10:00-da çarter reysi ilə Bakıdan Afinaya yola düşüb.

Baş məşqçi Joze Alesio Da Silvanın rəhbərliyi altında millimiz oyunöncəsi son məşqini bu gün qarşılaşmanın keçiriləcəyi Daiis İdman Sarayında reallaşdıracaq.

Heyətə gəldikdə, Amir Şocaei və Hadi Ahmadinin əvəzinə səfərə Oktay Rüstəmli aparılıb.

Qeyd edək ki, fevralın 2-də Afinadakı Daiis İdman Sarayında keçiriləcək Yunanıstan – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.