Azərbaycan yığması Avropa çempionatına Gürcüstanda hazırlaşır

Yunan-Roma güləşi üzrə Azərbaycan yığması 2023-cü ildə ikinci dəfə ölkə xaricində təlim-məşq toplanışına start verib. Arena.az xəbər verir ki, fevralda Xorvatiyada hazırlıq edən yığmamız bu dəfə qonşu ölkəyə – Gürcüstana yollanıb.

Gürcüstanın kurort bölgəsi olan Bakurianidə yerli komandayla birgə keçirilən təlim-məşq toplanışında millimizin 15 üzvü iştirak edir.

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında hazırlıq keçən güləşçilərimiz bunlardır:

Eldəniz Əzizli (55 kq)
Murad Məmmədov, Nihat Məmmədli (hər ikisi 60 kq)
Taleh Məmmədov (63 kq)
Həsrət Cəfərov (67 kq)
Ülvü Qənizadə (72 kq)
Sənan Süleymanov (77 kq)
Rafiq Hüseynov, Tuncay Vəzirzadə (hər ikisi 82 kq)
İslam Abbasov (87 kq)
Arif Niftullayev, Murat Lokyayev, Zamir Maqomedov (hamısı 97 kq)
Sabah Şəriəti və Beka Kandelaki (hər ikisi 130 kq)

Azərbaycan yığması dəniz səviyyəsindən 1700 metr yüksəklikdə əsasən fiziki hazırlığı əhatə edən məşqlər keçir. Ancaq toplanış çərçivəsində taktiki-texniki çalışmalara da yer ayrılır.

Sonda onu da xatırladaq ki, iki həftəlik toplanış apreldə keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaş: