Azərbaycan yığması ilk oyunda Bolqarıstana uduzdu

Kişi həndbolçulardan ibarət Azərbaycan yığması inkişaf etməkdə olan ölkələrin 4-cü dünya çempionatında mübarizəyə start verib. Arena.az xəbər verir ki, komandamız Bolqarıstanın Varna şəhərində keçirilən turnirdə meydan sahibləri və Nigeriya seçmələri ilə birgə D qrupunda mübarizə aparır.

Yarışa baş məşqçi Nasser Salimi və köməkçi məşqçi Rəşad Hüseynovun rəhbərliyi altında yollanan millimiz ilk matçında məhz bolqarlarla qarşılaşıb. Komandamız bu görüşdə 19:30 hesabıyla məğlub olub.

Azərbaycan yığması növbəti matçını Nigeriyaya qarşı keçirəcək.

Xatırladaq ki, turnir aprelin 30-na qədər davam edəcək. Varnadakı yarışda Azərbaycan, Bolqarıstan və Nigeriya milliləri ilə yanaşı, Malta, Andorra, Hindistan, Kipr, Moldova, Avstraliya, Böyük Britaniya, Kuba və Qvatemala komandaları da mübarizə aparır.
Püşkün nəticəsinə əsasən, 12 komanda hərəsində üç kollektiv olmaqla 4 qrupa bölünüb. Qrup qalibləri yarımfinalda mübarizəni davam etdirəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaş: