Azərbaycan yığması Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək 22 yaşadək (U-22) boksçular arasında Avropa çempionatında qüvvəsini sınayacaq.
Arena.az bu barədə Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.
Məşqçilər korpusu yarışda 13 idmançıya şans verəcək. Mükafatlar uğrunda bu boksçularımız mübarizə aparacaqlar:
Tural Sarıyev (48 kq)
Nicat Hüseynov (51 kq)
Amin Məmmədzadə (54 kq)
Kamil Babayev (57 kq)
Ruslan Qədirov (63,5 kq)
İlqar Salahov (67 kq)
Şəmsi Şahbazov (71 kq)
Fərhad Şeydayev (75 kq)
Murad Allahverdiyev (80 kq)
Seyid Seyidov (86 kq)
Mehparə Məmmədova (48 kq)
Marjona Savriyeva (50 kq)
Zeynəb Rəhimova (54 kq)
Avropa çempionatında ədalət təmsilçiləri sırasında beynəlxalq dərəcəli hakim Anar Nağdiyev də yer alacaq.
Qeyd edək ki, oktyabrın 12-də startı veriləcək turnir 9 gün davam edəcək.