Azərbaycan yığması Türkiyə millisinə Bakıda məğlub oldu

Çimərlik futbolu üzrə Azərbaycan yığması Bakıdakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, yığmamız ölkəmizə təlim-məşq toplanışına gəlmiş Türkiyə milli komandası ilə qarşılaşıb.

11 qolun qeydə alındığı qarşılaşma 6:5 hesabı ilə Türkiyə yığmasının xeyrinə başa çatıb. Emin Həsənzadə və Hüseyn Axundovun dubl etdiyi oyunda millimizin digər qolunu Elçin Qasımov vurub.

Bu komandalar arasında növbəti oyun iyunun 3-də keçiriləcək. Həmin qarşılaşma da Su İdman Sarayının çimərlik meydançasında keçiriləçək. Oyuna saat 17:30-da start veriləcək.

Azərbaycan millisinin hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını nəzərinizə çatdırırıq:

Qapıçılar:
Elçin Qasımov
Vaqif Şirinbəyov
Rafiq Kərimov

Oyunçular:
Comərd Baxşəliyev
Elşad Manafov
Orxan Məmmədov
Fuad Hüseynov
Bayram Paşazadə
İsa Zeynallı
Sabir Allahquliyev
Ramil Əliyev
Tural Qurbatov
Emil Həsənzadə
Kamran Qürbətov

Sonda onu da xatırladaq ki, çimərlik futbol üzrə Azərbaycan yığması aprelin sonu – mayın əvvəli aralığında da Antalyada təlim-məşq toplanışında olmuşdu. Həmin vaxt Türkiyə və Azərbaycan yığmaları arasında üç yoxlama görüşü baş tutmuşdu. İlk iki oyunda türklər 4:3 və 4:2 hesabıyla qalib gəlmişdilər. Sonuncu matçda isə Azərbaycan futbolçuları 4:2 hesablı qələbəyə sevinmişdilər.