Azərbaycan yığması Türkiyə millisinə ilk oyunda məğlub oldu

Çimərlik futbolu üzrə Azərbaycan yığması Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, yığmamız Türkiyə milli komandası ilə qarşılaşıb.

Yeddi qolun qeydə alındığı qarşılaşma 4:3 hesabı ilə Türkiyə yığmasının xeyrinə başa çatıb. Azərbaycan millisinin qollarını Sabir Allahquliyev, Comərd Baxşəliyev və Orxan Məmmədov vurublar.

Xatırladaq ki, aprelin 30-dan Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan yığması mayın 7-nə qədər burada hazırlıq keçəcək. Millimiz hazırlıq çərçivəsində Türkiyə yığması ilə daha iki yoxlama oyunu keçirəcək. Növbəti sınaq matçı sabah – mayın 4-də keçiriləcək.

Yığmamız toplanışa bu futbolçularla yollanıb:

Qapıçılar:
Elçin Qasımov
Vaqif Şirinbəyov
Rafiq Kərimov

Oyunçular:
Comərd Baxşəliyev
Elşad Manafov
Amid Nəzərov
Orxan Məmmədov
Fuad Hüseynov
Kamil Hüseynov
Bayram Paşazadə
İsa Zeynallı
Sabir Allahquliyev
Ramil Əliyev
Tural Qurbatov
Emil Həsənzadə
Kamran Qürbətov