İdman gimnastikası üzrə Azərbaycan yığması Türkiyənin Antalya şəhərində keçiriləcək 10-cu Avropa çempionatında iştirak edəcək. Arena.az xəbər verir ki, artıq millimizin üzvləri qitə birinciliyi üçün qardaş ölkəyə yola düşüblər.
Azərbaycanı bu Avropa çempionatında bütövlükdə 4 idmançı təmsil edəcək. Kişilər arasında Nikita Simonov və İvan Tixonov, qadınlar arasında isə Nazənin Teymurova və Samira Qəhrəmanova medal qazanmağa çalışacaqlar. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, idman gimnastikası üzrə Avropa çempionatı 11-16 aprel aralığında keçiriləcək.


