Azərbaycanın 14 cüdoçusu üçün Podçetrtek sınağı

İyunun 15-də Sloveniyanın Podçetrtek şəhərində start götürəcək Avropa Kubokunda Azərbaycanın 14 cüdoçusu mübarizə aparacaq.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yığmamız üzvləri 7 çəki dərəcəsində çıxış edəcəklər.

Cüdoçulara böyüklərdən ibarət yığmamızın böyük məşqçisi Slavko Tediç rəhbərlik edəcək.

İyunun 16-da başa çatacaq turnirdə 31 ölkədən 356 idmançı iştirak edəcək.

Millimizin heyətində bu cüdoçular yer alacaqlar:

-60 kq
Rövşən Əliyev
Kənan Hüseynov
Kənan İsmayılov

-66 kq
Nazir Talıbov
Rəşad Yelkiyev

-73 kq
İbrahim Əliyev
Nəriman Mirzəyev
Rüfət Şövlətov
Kamran Süleymanov

-81 kq
Məhərrəm İmamverdiyev

-90 kq
İbrahim Ağakişiyev

-100 kq
Ruslan Nəsirli

+100 kq
Camal Feyziyev
İmran Yusifov