17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışını davam etdirir.
Arena.az xəbər verir ki, yığmamız hazırlıq çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib.
“Neftçi”nin U-19 komandası ilə oyun 2:2 hesablı heç-heçə başa çatıb. Millimizin qollarını Sadiq Şəfiyev və Sənan Ağalarov vurub.
U-17 sonuncu oyununu aprelin 30-da “Səbail”in U-19 komandasına qarşı keçirəcək.


