Azərbaycanın U-19 millisi qrup üçüncüsü oldu

Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib. Arena.az xəbər verir ki, yığmamızın sonuncu rəqibi qrup oyunlarına ev sahibliyi edən Lüksemburq futbolçuları olub.

Komandamız qrupdakı sonuncu matçından inamlı qələbə ilə ayrılıb. Azərbaycan millisi Mirmövsüm Canıyev və Mehrac Baxşəliyevin qolları ilə sevinib.

Xatırladaq ki, Azərbaycanın U-19 millisi daha öncə Belçikaya 1:5, İspaniyaya isə 0:6 hesabıyla uduzmuşdu. Bu nəticələrdən sonra Azərbaycan yığması bu qrupda üçüncü yerlə kifayətlənib.

8-ci qrupun digər matçı İspaniya və Belçika yığmaları arasında baş tutub. Dörd qolun qeydə alındığı bu oyunda isə qalib müəyyənləşməyib – 2:2. Nəticədə əvvəlki oyunlarında daha çox qol vurmuş Belçika yığması qrup birincisi olub.

AÇ-2022-nin seçmə mərhələsi
8-ci qrup
16 noyabr

Lüksemburq – Azərbaycan 0:2
Qol: Mirmövsüm Canıyev, 23. Mehrac Baxşəliyev, 77.
Hakimlər: Luka Bilbiya, Aleksandar Smilyaniç (Bosniya və Herseqovina), Qaret Vin Cons, Robert İan Cenkins (Uels).

Lüksemburq: 12. Noah Şeydveyler, 2.Yohann Torres (20. Roni Klisuriça, 82), 3. Frans Sinner, 4. Fabio Kerkeyra (k), 5. Eldin Dzoqoviç, 8. Dioqo De Oliveyra, 9. Leon Elşan, 11. David Conatans (15. Huqo Antuneş, 82), 13. Lukas Fiqeyredo, 14. Ruben Mateus (17. Co Arauxo, 69), 16. Selim Turpinq (7. Noah Rossler, 63).
Ehtiyat oyunçular: 1. Evan Da Kosta, 6. Sedrik Bayverlin, 18. Tom Nenniq, 19. Migel Qonsalves.
Baş məşqçi: Manuel Kardoni.

Azərbaycan: 12. Amin Ramazanov, 5. Mirəli Əhmədov, 6. Oral Yusuf (23. Xəyal Əliyev, 63), 8. Rauf Rüstəmli, 9. Mehrac Baxşəli (k) (7. Gülağa Əsədov, 86), 10. Vüsal Əliyev (16. Vüsal Qənbərov, 86), 11. Mirmövsüm Canıyev (17. Kamal Kazımov, 71), 13. İbrahim Ramazanov, 14. Hüseyn Babayev, 15. Mahmud Ağayev (21. Süleyman Damadayev, 71), 18. Cavanşir Şahbazlı.
Ehtiyat oyunçular: 1. Eldar Tağızadə, 2. David Orucov, 19. Ağadadaş Salyanski, 20. Xəyal Səmədov.
Baş məşqçi: Elxan Abdullayev.

Xal durumu: Belçika – 7, İspaniya – 7, Azərbaycan – 3, Lüksemburq – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: