Azərbaycanın U-19 millisinin Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə yoxlama oyunlarının məkanı müəyyənləşib. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, hər iki oyun Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq.
Xatırladaq ki, Azərbaycanın U-19 millisinin Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə yoxlama oyunları martın 24-və 27-də keçiriləcək. Hər iki qarşılaşmaya saat 18:00-da start verilməsi nəzərdə tutulub.


