Martın 13-dən 19-dək Rumıniyanın paytaxtı Buxarestə 23 yaşadək güləşçilər (U-23) arasında Avropa çempionatı keçiriləcək. Arena.az xəbər verir ki, 2023-cü ilin ilk qitə birinciliyində Azərbaycan hər 3 güləş növündə təmsil olunacaq.
Bu gün Azərbaycan Güləş Federasiyasının rəhbər şəxslərinin iştirakı ilə milli komandaların Avropa çempionatı üçün heyəti açıqlanıb. Olimpiya Güləş Mərkəzində baş tutan mərasimdə bütün komanda üzvlərinə uğurlar arzulanıb.
Yunan-Roma güləşçilərimiz məsul yarışın ilk günlərində mübarizə aparacaq. Məşqçilər Həsən Əliyev, Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında bu güləşçilər uğur qazanmağa çalışacaq.
Rahim Həsənov (55 kq)
Elmir Əliyev (60 kq)
Ziya Babaşov (63 kq)
Həsən Məmmədli (67 kq)
Qurban Qurbanov (72 kq)
Xasay Həsənli (77 kq)
İsmayıl Rzayev (82 kq)
Məhəmməd Əhmədiyev (87 kq)
Murad Əhmədiyev (97 kq)
Sərxan Məmmədov (130 kq)
Yarışın ortalarında qadın güləşçilərimiz mübarizəyə qoşulacaq. Baş məşqçi əvəzi Rövşən Umudov və məşqçi Həsrət Məmmədyarov ötən il analoji yarışa qatılmış heyətə yenidən şans verib. Bu dəfə də U-23 Avropa çempionatında ölkəmizi bu xanımlar təmsil edəcəklər:
Şəhanə Nəzərova (50 kq)
Gültəkin Şirinova (53 kq)
Elnurə Məmmədova (55 kq)
Jalə Əliyeva (57 kq)
Birgül Soltanova (65 kq)
Nigar Mirzəzadə (68 kq)
Çempionatın son günlərində xalçaya sərbəst güləşçilər çıxacaqlar. Məşqçilər Arif Abdullayev, Cəbrayıl Həsənov və Rövşən Hacıyevin rəhbərliyi altında bu güləşçilər mübarizə aparacaqlar:
Nurəddin Novruzov (57 kq)
Ayxan Abdullazadə (61 kq)
Rəşid Babazadə (65 kq)
Maqomed-Başir Xaniyev (70 kq)
Turan Bayramov (74 kq)
Səbuhi Əmiraslanov (79 kq)
Fərid Cabbarov (86 kq)
Abdulcəlil Şabanov (92 kq)
İslam İlyasov (97 kq)
Vaxit Qalayev (125 kq)
Xatırladaq ki, bir həftə davam edəcək qitə birinciliyində birinci kateqoriyalı hakimlərimiz Natiq Hacıyev və Elman İsmayılov ədaləti qoruyacaqlar.



