Azərbaycanın veteran cüdoçuları AÇ-dən 11 medalla qayıdır

Azərbaycanın veteran cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında 11 medal qazanıblar.

Arena.az xəbər verir ki, ötən gün Avropa çempionatının fərdi yarışlarına yekun vurulub.

Fərdi yarışların sonuncu günündə M2 yaş kateqoriyası üzrə Vüsal Kərimov (-66 kq) və Elçin Məmmədov (-100 kq) bürünc medal qazanıblar. -90 kq çəkidə yarışan Oqtay Paşayev isə 7-ci yerlə kifayətlənib.

Beləliklə, Azərbaycanın veteran cüdoçuları Avropa çempionatının fərdi yarışlarını 11 medalla (3 qızıl və 8 bürünc medal) başa vurublar.

Xatırladaq ki, 6-9 iyunda keçirilən çempionatda Azərbaycan cüdoçuları 8 yaş kateqoriyası üzrə 30 idmançı ilə təmsil olunub.