Azərbaycanlı hakim AÇ-nin seçmə mərhələsində

Futzal üzrə FİFA referisi Hikmət Qafarlı beynəlxalq təyinat alıb.

Arena.az xəbər verir ki, o, AÇ-2022-nin ilkin seçmə mərhələsinin 5-ci qrupu çərçivəsində keçiriləcək İsrail – Macarıstan oyununu idarə edəcək.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Qarşılaşma martın 10-da keçiriləcək.