Azərbaycanlı məşqçinin oğlu intihar etdi – 22 yaşında

Veteran futbolçu, hazırda “Turan Tovuz” klubunun məşqçisi olan Nizami Ocaqverdiyevin ailəsinə ağır itki üz verib.

Arena.az xəbər verir ki, Ocaqverdiyevin oğlu Xəqani dünyasını dəyişib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klub, oğlunun vəfatı ilə əlaqədar Nizami Ocaqverdiyevə başsağlığı verib.

Qeyd edək ki, tələbə olan Xəqani Ocaqverdiyevin 22 yaşında intihar etdiyi bildirilir. Hadisənin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.