Qadın voleybolçulardan ibarət “Azərreyl” komandası bu gün Çelenc Kubokunun 1/32 final mərhələsində cavab oyununa çıxacaq.
Arena.az xəbər verir ki, təmsilçimiz Ukrayna təmsilçisi “Balta” ilə qarşılaşacaq.
Komandalar arasında ötən gün Bakıda keçirilən görüşdə “Azərreyl” 3:0 hesablı qələbə qazanıb. Cavab matçı da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq. Ancaq bu dəfə ukraynalılar meydan sahibi qismində çıxış edəcəklər. Zala giriş yenə sərbəst olacaq.
Çelenc Kuboku
1/32 final mərhələsinin cavab oyunu
18 oktyabr
20:00. “Balta” – “Azərreyl” (ilk oyun 0:3)
Bakı. Voleybol Mərkəzi.