Azərbaycan kubokunun final matçının nominal meydan sahibi bilindi

Futbol üzrə Azərbaycan kubokunun 2022/2023 mövsümünün final matçının nominal meydan sahibini müəyyənləşdirmək üçün püşk atılıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, püşkatma mərasimində PFL-i texniki-idman direktoru Elgiz Abbasov, “Neftçi”ni klubun baş meneceri Qədir Həsənov, “Qəbələ”ni isə menecer Məhəmməd Əzizli təmsil edib.

Püşkün nəticəsinə əsasən “Bakcell Arena”da keçiriləcək həlledici qarşılaşmanın nominal meydan sahibi “Neftçi” olub.

Xatırladaq ki, Azərbaycan kubokunun final matçı iyun ayının 3-ü, saat 20.00-da start götürəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: