Azərbaycan – Latviya matçı “Dalğa Arena”da

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-21) bu ay Bakıda Latviya yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Arena.az xəbər verir ki, artıq bu oyunun hansı stadionda keçiriləcəyi də məlum olub.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, Samir Əliyevin rəhbərlik etdiyi U-21 millimiz Latviya yığmasını noyabrın 17-də “Dalğa Arena”da qəbul edəcək.

Azərbaycan – Latviya matçına saat 18:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: