Azərbaycan millisi “Antalyaspor”u ikinci oyunda da məğlub etdi

Qadınlardan ibarət futbol üzrə Azərbaycan millisi Türkiyənin “Antalyaspor” komandası ilə daha bir yoxlama oyununda üz-üzə gəlib.

Arena.az bu barədə AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, qadınlardan ibarət Azərbaycan millisi oktyabrın 5-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır.

Millimiz hazırlıq çərçivəsində “Antalyaspor”un qadınlardan ibarət komandası ilə yoxlama oyunu keçirib. “Titanic Deluxe Belek Football Center”də baş tutmuş oyunda qapılara 2 qol vurulub. Millimiz yekunda 2:0 hesablı qələbəyə sevinib. Komandamızın heyətində 20-cı dəqiqədə Nigar Mirzalıyeva, 70-ci dəqiqədə isə Kristina Bakarandze fərqləniblər.

Qeyd edək ki, Azərbaycan millisinin hazırlıq prosesinə məhz bu yoxlama oyunu ilə yekun vurulub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: