Azərbaycan millisi İrlandiya ilə oyundan öncə itki ilə üzləşdi

Futbol üzrə Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiya və Serbiyaya qarşı keçirəcəyi oyunlardan öncə itki ilə üzləşib.

Arena.az xəbər verir ki, yığmamızın müdafiəçisi Bəhlul Mustafazadə zədələnib.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, “Qarabağ”a məxsus futbolçu artıq millinin düşərgəsindən ayrılıb və klubuna qayıdıb.

Azərbaycan millisi sabah Bakı Olimpiya Stadionunda İrlandiya yığması ilə qarşılaşacaq. Bu oyuna saat 20:00-da start veriləcək. Komandamız oktyabrın 12-də isə səfərdə Serbiya yığması ilə üz-üzə gələcək.