Azərbaycan millisinin Estoniya və Belarusla oyunlar üçün heyəti açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Estoniya və Belarus yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. Arena.az xəbər verir ki, baş məşqçi Milan Obradoviç qarşıdakı görüşlərə 24 oyunçu dəvət edib.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Yığmaya dəvət alan oyunçulardan yalnız biri legionerdir. Bu, “Neftçi”dən icarə əsasında Latviya “Dauqavpils”inə keçən Asim Əlizadədir.

Azərbaycan millisinin qarşıdakı iki oyunundan biri rəsmi, digəri isə yoxlama xarakteri daşıyır. Belə ki, komandamız əvvəlcə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 25-də Estoniya ilə qarşılaşacaq. Bu oyun Sumqayıtdakı “Kapital Bank Arena”da baş tutacaq. Martın 29-da isə U-21 yığmamız Bakıda Belarusla yoxlama oyununda qüvvəsini sınayacaq. Bu görüş “Bakcell Arena”da gerçəkləşəcək.

  1. Amin Ramazanov – Qarabağ
  2. Rüstəm Samiqullin – Sabah
  3. Əkpər Vəliyev – Keşlə
  4. Rauf Hüseynli – Qarabağ
  5. Arsen Ağcabəyov – Sabah
  6. Cəlal Hüseynov – Zirə
  7. Mert Çelik – Neftçi
  8. Zamiq Əliyev – Qarabağ
  9. Samet Karakoç – Qəbələ
  10. Nihad Quliyev – Qarabağ
  11. Ceyhun Nuriyev – Sabah
  12. Səbuhi Abdullazadə – Sumqayıt
  13. Asim Əlizadə – Dauqavpils (Latviya)
  14. Şakir Seyidov – Sabah
  15. Pərviz Azadov – Keşlə
  16. İsmayıl Zülfüqarlı – Neftçi
  17. Elvin Cəfərquliyev – Qarabağ
  18. Emil Səfərov – Qəbələ
  19. Rüfət Abdullazadə – Sumqayıt
  20. Ədilxan Qarəhmədov – Səbail
  21. İldar Ələkbərov – Sabah
  22. Abdulla Xaybulayev – Sabah
  23. Kamran Quliyev – Sabah
  24. Musa Qurbanlı – Qarabağ
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: