Azərbaycan millisinin Serbiya ilə matçının məkanı açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Serbiya ilə matçının stadionu müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycan yığması səfər matçına sentyabrın 12-də çıxacaq. Oyun Serbiya Futbol Federasiyasının Stara Pazova şəhərində yerləşən İdman Mərkəzində keçiriləcək. Qrupun ilk qarşılaşmasının başlama saatı hələlik bəlli deyil.

Xatırladaq ki, Azərbaycan millisi AÇ-2025-in seçmə mərhələsində İngiltərə, Şimali İrlandiya, Lüksemburq, Serbiya və Ukrayna ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: