Azərbaycan – Şimali İrlandiya: Hakim təyinatları açıqlandı

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan – Şimali İrlandiya oyununun hakimləri açıqlanıb.

Arena.az xəbər verir ki, sözügedən qarşılaşmanı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Georgi Davidov olacaq. Ona yan xətt hakimləri Georgi Doynov və Miroslav Maksimov yardım edəcəklər. Dördüncü hakim funksiyasını isə Kristiyan Kolev yerinə yetirəcək.

Xatırladaq ki, Azərbaycan – Şimali İrlandiya oktyabrın 12-də Bakıda, “Azərsun Arena”da keçiriləcək. Oyuna saat 18:00-da start veriləcək.

U-21 yığmamız AÇ-2025-in seçmə mərhələsi çərçivəsindəki ilk matçını Serbiyaya qarşı keçirib və məğlub olub – 0:2. Azərbaycan millisi seçmə mərhələdə İngiltərə, Şimali İrlandiya, Lüksemburq, Serbiya və Ukrayna ilə birlikdə F qrupunda mübarizə aparır.

AÇ-2025-in seçmə mərhələsi
F qrupu
12 oktyabr

18:00. Azərbaycan – Şimali İrlandiya

Baş hakim: Georgi Davidov
Baş hakimin köməkçiləri: Georgi Doynov, Miroslav Maksimov
Dördüncü hakim: Kristiyan Kolev (Hakimlər briqadası Bolqarıstandandır).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: