Azərbaycan yığması qrup sonuncusu oldu – 0 xalla

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Qızıl Avropa Liqasında sonuncu oyununa çıxıb.

Arena.az xəbər verir ki, komandamız Fransada təşkil olunan ikinci dövrənin sonuncu matçında Rumıniya yığması ilə qarşılaşıb.

Voleybolçularımız bu oyunda da uğur qazana bilməyiblər. Komandamız hər üç seti məğlubiyyətlə başa vurub.

Qeyd edək ki, komandamız Qızıl Avropa Liqasının A qrupunda mübarizə aparırdı. Voleybolçularımız Rumıniyada təşkil olunan ilk dövrədəki bütün matçlarında da məğlubiyyətə üzülmüşdü.

Qızıl Avropa Liqasında hər qrupda 4 komanda 3 qrupda mübarizə aparıb. İki dövrədən ibarət olan oyunlardan sonra qrup mərhələsinin qalibi və ən yaxşı ikinci yerin sahibi iyunun 19-20-də Bolqarıstanda keçiriləcək final mərhələsinə vəsiqə qazanır.

Qızıl Avropa Liqası
A qrupu
6 iyun

Azərbaycan – Rumıniya 0:3 (24:26, 12:25, 25:27)

İspaniya – 12, Rumıniya – 11, Fransa – 10, Azərbaycan – 0.