Azərbaycanın U-21 millisi Avstriyaya yenə böyük hesabla uduzdu

Azərbaycanın U-21 millisi bu gün AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Milan Obradoviçin çalışdırdığı yığmamız A qrupundakı beşinci matçında Avstriya ilə üz-üzə gəlib.

Komandamız bu rəqiblə Bakıdakı “Bakcell Arena”da qarşılaşıb. Əvvəlki oyunlarda cəmi 1 xal qazanmış millimiz Avstriyaya qarşı səfərdə keçirdiyi oyunda 6 cavabsız qola üzülmüşdü. Futbolçularımız bu darmadağının qisasını almaq üçün yaxşı şansa malik olsa da, bu dəfə də böyük hesabla uduzub.

Xatırladaq ki, Azərbaycanın U-21 millisi Xorvatiyaya səfərdə 0:2, evdə 1:5, Avstriyaya səfərdə 0:6 hesabı ilə uduzub, yalnız Finlandiya ilə ev oyunundan 1:1 hesablı heç-heçə ilə ayrılıb.

AÇ-2023-ün seçmə mərhələsi
A qrupu
12 noyabr

Azərbaycan – Avstriya 0:3
Qol: Emanuel Aivu, 42. Romano Şmid, 72-pen; 75.
Baş hakim: Miloş Milanoviç (Serbiya).
Bakı. “Bakcell Arena”.

Azərbaycan: 22. Nicat Mehbalıyev, 2. Zamiq Əliyev, 3. Arsen Ağcabəyov, 5. Rauf Hüseynli (k), 7. İsmayıl Zülfüqarlı (6. İldar Ələkbərov, 60), 8. Səbuhi Abdullazadə (16. Fərid Yusifli, 82), 9. Musa Qurbanlı, 11. Şakir Seyidov, 14. Samet Karakoç, 17. Rüfət Abdullazadə (18. Məhəmməd Mustafa Yıldırım, 60), 21. Emil Mustafayev (15. Camal Cəfərov, 60).
Ehtiyat oyunçular: 12. Əkbər Vəliyev, 10. Asim Əlizadə, 13. Ramin Əhmədov, 19. Nihad Quliyev, 20. Abdulla Rzayev.
Baş məşqçi: Milan Obradoviç.

Avstriya: 1. Niklas Hedl, 4. David Nemet, 6. Kristof Klarer, 7. Muhammed Saraseviç (13. Stefan Skrbo, 64), 8. Vesel Demaku, 10. Romano Şmid, 14. Luka Kronberger (3. Leanardo İvkiç, 88), 17. Yonas Auer (15. Feliks Seivald, 88), 19. Matteus Tafarner (9. Muarem Huskoviç, 68), 21. Tomas Sabitzer (20. Mattias Braunöder, 68), 22. Emanuel Aivu (k).
Ehtiyat oyunçular: 12. Lukas Gutlbauer, 5. Lukas Vallner, 16. Yulian Buxta, 18. Kai Stratznig, 20. Matthias Braunöder.
Baş məşqçi: Verner Qreqorits.

Xal durumu: Xorvatiya – 15, Avstriya – 12, Norveç – 9, Finlandiya – 7, Azərbaycan – 1, Estoniya – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: