Azərbaycanın U-21 millisi bu gün AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb. Arena.az xəbər verir ki, Milan Obradoviçin çalışdırdığı yığmamız A qrupundakı 9-ci matçında Finlandiya ilə üz-üzə gəlib.
Helsinkidəki eyniadlı stadionda təşkil olunan qarşılaşmanı Lüksemburqdan olan hakimlər briqadası idarə edib. Meydan sahibləri bu matçda böyük hesabla qalib gəliblər.
Xatırladaq ki, Azərbaycanın U-21 millisi Finlandiya ilə ev oyununda 1:1 hesablı heç-heçəyə nail olmuşdu. Komandamız daha öncə Xorvatiyaya səfərdə 0:2, evdə 1:5, Avstriyaya səfərdə 0:6, evdə 0:3, Norveçə isə evdə 1:2 hesabı ilə uduzub. Komandamız yalnız Estoniyaya evdə 3:0, səfərdə isə 5:0 hesabıyla qalib gəlib.
Yığmamız seçmə mərhələdəki son matçını iyunun 14-də Norveçə qarşı keçirəcək. Bu oyun da səfərdə baş tutacaq.
AÇ-2023-ün seçmə mərhələsi
A qrupu
7 iyun
Finlandiya – Azərbaycan 3:0
Qol: N.Skitta, 50. O.Antman, 55. S.Aqon, 79.
Hakimlər: Jasmin Sabotiç, David Mateus Santos, Dani Dias Balsa, Jeremi Müller (hamısı Lüksemburq).
“Helsinki Football Stadium”.
Finlandiya: 1. Sinisalo Viljami, 2. Hyvarinen Juho, 4. Tihi Robin, 7. Oliver Antman, 10. Naatan Skitta, 11. Keskinen Topi, 13. Adam Mathiev, 15. Ville Koski, 16. Hannola Petteri, 19. Kai Meriluoto, 21. Rale Matias.
Ehtiyat oyunçular: 23. Berqstrom Edvard, 3. Hamalainen Taneli, 5. Vainionpaa Matias, 8. Nurmi Noah, 9. Sadiku Aqon, 17. Katz Kalle, 18. Hakans Daniel, 20. Terho Kasper, 22. Tauriainen Julius.
Baş məşqçi: Juha Malinen
Azərbaycan: 12. Əkpər Vəliyev, 2. Zamiq Əliyev, 4. Nihad Quliyev, 7. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 11. Şakir Seyidov, 13. Ceyhun Nuriyev, 14. Fərid Yusifli, 16. Elçin Mustafayev, 18. Abdullah Xaybulayev, 19. Rüstəm Əhmədzadə.
Ehtiyat oyunçular: 1.Yusif İmanov, 3. Arsen Ağcabəyov, 6. İldar Ələkbərov, 8. Səbuhi Abdullazadə, 10. Asim Əlizadə, 17. Rüfət Abdullazadə, 20. Emil Səfərov, 21. İsmayıl Zülfüqarlı, 23. Rüfət Əhmədov.
Baş məşqçi: Milan Obradoviç.
Xal durumu: Xorvatiya – 19, Finlandiya – 19, Norveç – 18, Avstriya – 16, Azərbaycan – 7, Estoniya – 0.


