Azarkeşlər Mbappedən PSJ-ni tərk etməməyi xahiş etdilər

PSJ-nin azarkeşləri komandanın fransalı ulduzu, hücumçu Killian Mbappedən klubu tərk etməməyi təsirli şəkildə xahiş ediblər.

Arena.az bu barədə “CNews” dərgisinə istinadən məlumat verir.

Ötən bazar günü Fransanın paytaxtında klubun məşq mərkəzində olan bir neçə yüz azarkeş Kilian Mbappedən müqavilə müddəti bitdikdən sonra Parisi tərk etməməyi xahiş ediblər.

Azarkeşlər Çempionlar Liqasında “Real Sosyedad”la qarşılaşmadan əvvəl komandalarını dəstəkləmək və həvəsləndirmək, həmçinin Kilian Mbappeyə olan sevgilərini xatırlatmaq fürsətindən istifadə ediblər. “Kilian Parisdə!” – deyə, azarkeşlər kapitanın klubla müqaviləsini yeniləməyə təşviq etmək üçün bir neçə dəfə şüarlar səsləndirdilər. Alqışlardan aydın şəkildə mütəəssir olmuş Mbappe azarkeşləri alqışlayıb. Daha sonra o, əlini qaldıraraq ürək səviyyəsində sinəsinə qoyaraq, təşəkkürünü bildirib.

Bu arada “Le Parisien” dərgisi Kilianın Mbappenin gələcək karyerası ilə bağlı Fransada azarkeşlər arasında sorğu keçirildiyi haqda məlumat yayıb. Sorğu iştirakçılarının 74%-i belə hesab edirlər ki, PSJ-dən gedişi Mbappenin xeyrinə olacaq.

Mbappe PSJ-yə 2018-ci ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 29 oyuna çıxıb, 30 qol vurub, 7 məhsuldar ötürmə verib.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu oyunlarda 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.