Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Bədavi Hüseynov Moldova və Şimali Makedoniya yığmalarına qarşı yoxlama oyunları buraxacaq. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 31 yaşlı müdafiəçi zədəli olduğu üçün heyətdən çıxarılıb. Baş məşqçi Canni De Byazi Bədavinin əvəzində başqa oyunçuya dəvət göndərməyib.
Xatırladaq ki, Azərbaycan yığması noyabrın 16-da Moldova ilə, 4 gün sonra Şimali Makedoniya ilə üz-üzə gələcək. Hər iki oyun rəqib meydanında baş tutacaq.
“Qarabağ”ın formasını geyinən Bədavi Hüseynov bu mövsüm zədə səbəbindən Ağdam klubuna da çox kömək edə bilməyib. O, zədəsini yenicə sağaldaraq sıraya dönmüşdü.