Bəxtiyar Həsənalızadə üçün 90 dəqiqə və 1 “sarı” – Video

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadə Türkiyənin “Tuzlaspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 27-ci turu çərçivəsində baş tutan “Ərzurumspor”la oyunun iştirakçısı olub.

Səfərdə baş tutan qarşılaşma futbolçumuzun komandası üçün uğursuz alınıb. 37-ci dəqiqədə qapısına qol görən “Tuzlaspor” meydanı xalsız tərk edib – 0:1.

Bəxtiyar bu oyuna start heyətində başlayıb və sonadək oynayıb. O, 52-ci dəqiqədə sarı vərəqə də alıb.

“Tuzlaspor” hazırda 27 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Bəxtiyar Həsənalızadə “Tuzlaspor”la 2023-cü ilin avqust ayında 2 illik müqavilə bağlayıb. 30 yaşlı futbolçu Türkiyə təmsilçisində 15 oyuna çıxıb və 1 qol vurub.