Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev ilk dəfə UEFA-dan təyinat alıb. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Babək Quliyev 19 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının ilkin seçmə mərhələsinin 5-ci qrupunda keçiriləcək oyunlarda iştirak edəcək. Bu qrupda Almaniya, Polşa, Şimali Makedoniya və Qazaxıstan milli komandaları mübarizə aparacaq.
Qrupun oyunları oktyabrın 11-dən 17-dək Polşada təşkil olunacaq.
