Babək Quliyev “Şerif” – “Olimpiya” oyununa təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev Avropa Konfrans Liqasının 2024/2025 mövsümünün oyununa təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Babək Quliyev Moldovada yerli “Şerif” və Sloveniyanın “Olimpiya” komandaları arasında keçiriləcək Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda hakim-inspektor olacaq.

İtaliyalı baş hakim Mauritsio Marianinin idarə edəcəyi qarşılaşma Tiraspol şəhərində yerləşən “Şerif Arena”da baş tutacaq.

Avqustun 15-də keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Bu komandalar arasındakı ilk qarşılaşma isə sabah Sloveniyada təşkil olunacaq.