Babək Quliyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Türkiyə – Latviya oyununda hakimlərin işinə azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev qiymət verəcək.
A qrupunun matçı oktyabrın 11-də İstanbul şəhərində yerləşən Atatürk Olimpiya Stadionunda baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.




