İngiltərənin “Çelsi” klubu 29 yaşlı qanalı sol cinal müdafiəçisi Abdul-Rahman Baba ilə müqaviləsinə xitam verib.
Arena.az bu barədə London klubunun rəsmi saytına istinadən xəbər verir.
Buna Babanın Yunanıstan PAOK-una keçmək istəməsi səbəb olub. O, yeni klubu ilə 2 il müddətinə müqavilə imzalayıb.
“Çelsi” Babanı 2015-ci ildə 25 milyon avroya heyətinə qatmışdı. Amma o, “zadəganlar”la yalnız 2015/2016 mövsümünü keçirib və cəmi 15 matça çıxıb. Qalan 7 mövsümü Baba icarələrdə top qovub. O, “Şalke”, “Reyms”, “Malyorka”, PAOK və “Ridinq”də çıxış edib.
Geridə qalmış mövsümdə Baba “Ridinq”in heyətində 20 oyuna çıxıb.