Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” və “Bakı” komandaları yeni avrokubok mövsümünə start veriblər.
Arena.az xəbər verir ki, Mingəçevir təmsilçisi Avropa Kubokunda mübarizəyə 2-ci mərhələdən başlayıb.
Azərbaycan təmsilçisi “Parnassos”la ilk duelə oktyabrın 26-da çıxıb. Kipr klubunun nominal meydan sahibi sayıldığı qarşılaşma Mingəçevirdə baş tutub. Fasiləyə məğlub yollanan komandamız ikinci hissədə vəziyyəti öz xeyrinə dəyişə bilib.
Komandalar arasında cavab görüşü bu gün baş tutub. Təmsilçimiz ilk görüşdə məğlub etdiyi bu rəqiblə yenə Mingəçevirdə üz-üzə gəlib. Bir gün əvvəl eyni meydana qonaq qismində çıxan “Kür” bu dəfə ev sahibi olub. Komandamız ikinci görüşdə də qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib.
Avropa Kuboku
2-ci mərhələ, ilk oyun
26 iyun
“Parnassos” (Kipr) – “Kür” (Azərbaycan) 31:35 (17:16)
Hakimlər: Stefan Berdiç, Filip Sorak (hər ikisi Serbiya)
Mingəçevir. “Kür” Olimpiya İdman-Tədris Mərkəzi.
Avropa Kuboku
2-ci mərhələ, cavab oyunu
27 iyun
“Kür” – “Parnassos” (Kipr) 32:29 (19:14)
Hakimlər: Stefan Berdiç, Filip Sorak (hər ikisi Serbiya)
Mingəçevir. “Kür” Olimpiya İdman-Tədris Mərkəzi
“Bakı” isə ilk avrokubok oyununa səfərdə çıxıb. Təmsilçimiz Avropa Kubokunun 2-ci mərhələsində Monteneqronun “Lovçen” kollektivi ilə görüşüb. İlk qarşılaşmada “Bakı” nominal meydan sahibi olub. Rəqib komanda fərqli hesabla qalib gəlib. 20 xallıq qələbə montenoqrululara mərhələ adlamaq üçün böyük üstünlük qazandırıb.
Bu gün isə tərəflər cavab görüşünə çıxıblar. İlk oyunda nominal meydan sahibi olan təmsilçimiz bugünkü matçda qonaq qismində çıxış edib. Növbəti dəfə uduzan “Bakı” turnirlə erkən vidalaşıb.
Avropa kuboku
2-ci mərhələ, ilk oyun
26 iyun
“Bakı” – “Lovçen” (Monteneqro) 21:41 (8:20)
Hakimlər: Xaralambos Xaralambous, Efstatios Efstatiou (hər ikisi Kipr)
Çetinye. “Lovçen” İdman Kompleksi.
Avropa kuboku
2-ci mərhələ, cavab oyunu
27 iyun
“Lovçen” (Monteneqro) – “Bakı” 37:23 (18:11)
Hakimlər: Xaralambos Xaralambous, Efstatios Efstatiou (hər ikisi Kipr)
Çetinye. “Lovçen” İdman Kompleksi.


