AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək Avropa Konfrans Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, türkiyəli funksioner Norveçin “Bodo Qlimt” və İsveçrənin “Luqano” komandaları arasında keçiriləcək oyunun hakim-inspektoru olacaq.
Qarşılaşma noyabrın 30-da Norveç baş tutacaq. Bodo şəhərindəki “Aspmira” stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.